Ev Haqqımızda

Haqqımızda

Fərdi inkişaf və Test Mərkəzi ABŞ-da qurulmuş və 1996-cı ildən etibarən fəaliyyətdə olan Plumeus Inc. Şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. ARCH profil adlı internet portalı bu şirkət tərəfindən yaradılmışdır. Profil dünya miqyasında İnsan qaynaqları personalını, terapistləri, mütəxəssisləri, araşdırmaçıları və geniş xalq kütləsini bir çox spektrdə psixoloji testlərlə təmin edir

  ARCH profil baza genişliyi və zənginliyi baxımından, “online” rejimdə işləyə bilən psixoloji araşdırma mərkəzləri içərisində dünyada liderdir. Şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış çox saylı testlər əsasən karyera və fərdi inkişaf sahəsində yaradılmış testlərdir.

  İşə alınma xərclərinin azalması, vakansiyaya uyğun doğru namizədin müəyyən edilməsi, insanlara özlərini reallaşdırmağın öyrədilməsi, psixoloji araşdırmaların aparılması mühüm əhəmiyyət daşıyan amillərdir.  Qeyd olunanlar ARCH Profile-ın təqdim etdiyi xidmətlərdir.

Sistem xidmətlərini online üzərindən təqdim edir. ARCH Profil e-mail üzərindən istifadəçilərin testə dəvət edilməsini, eyni anda bir neçə istifadəçinin testdən keçmə imkanını, istər fərdi, istərsə də qrup şəklində qiymətləndirməni, nəticələrin arxivləşdirilməsini və icmallaşdırılmasını təmin etməklə çox geniş miqyasda işləri təşkil etməyə imkan verir. ARCH Profil testləri bu gün dünyada bir çox məqsədlər üçün; işə düzəltmə şirkətləri, insan qaynaqları strukturları, məsləhətçilər, fərdi inkişaf üzrə təlimçilər, mütəxəssislər, idman təşkilatları, dərnəkləri və klubları və məşqçilər, akademik araşdırmaçılar, universitet müəllimləri, tələbələr və karyera qurmağı hədəfləyən geniş əhali kütləsi tərəfindən istifadə olunur. Teslər şəxsiyyət və zəka səviyyəsini, düşüncə qabiliyyətini, həyat standartını, ümümi dəyər və baxışını, fərdi keyfiyyətləri, bacarıqları, işə olan münasibəti, uyğun karyera və peşə istiqamətini və həyata baxış aspektlərini əhatə edir. Testlərin nəticələri tamamilə kompüterləşdirilmiş və avtomatlaşdırılmışdır. Nəticələr qrafik və rəqəmlərlə ifadə olunur, həmçinin şəxs haqqında icmallaşdırılmış arayış, onun zəif və güclü tərəfləri haqqında məlumat, nəticələrə uyğun geniş mütəxəssis məsləhəti və tövsiyələr təqdim olunur.

Elmi əsaslandırma. Testlər zəka və fərdi inkişaf sahəsindəki mütəxəssislər, psixoloqlar tərəfindən hazırlanmış və daim inkişaf etdirilən təcübə və araşdırma nəticələrinin alqoritmlə icmallaşdırılması və proqramlaşdırılması ilə tərtib edilmişdir. Bütün testlər yüksək dəqiqliklə, statistik təhlillərə istinad edilməklə hazırlanmışdır. Testlərin hamısı böyük araşdırmadan keçirilmiş və Amerika Psixologiya Assosiasiyası tərəfindən tədris edilən və psixoloji testlər sferasında müəyyənləşdirilən standartlara uyğun olaraq tərtib edilmişdir.Bu testlər əyləncə xarakterli deyil, sırf elmi əsaslara və statistik göstəricilərə istinad olunan peşəkar testlərdir. Statistik analizlər elmi etibarlılığı təmin edən əsas ünsurdur.

  Testlərin qiymətləndirilməsi testdən keçmiş minlərlə insanın test nəticələri təhlil edilməklə aparılmışdır. Peşəkar mütəxəssislər tərəfindən hazırlanmış, rahat anlaşılan, başa düşülməsi üçün hər hansı təlimə ehtiyac duyulmayan, sadə işləmə prinsipli interfeysi ilə bu testlər bir çox sahə üzrə insan diaqnostikasını həyata keçirir.

Testlərdən kimlər istifadə edə bilər?

Şirkətlərin insan qaynaqları departamentləri (bölmələri, şöbələri və s).

Həkimlər, Psixoloqlar, Terapistlər, Məsləhətçilər, Müəllimlər, Təlimçilər.

Şəxslər/Geniş əhali kütləsi.