Ev Yazılar Gündəlik Bədən dili bizə çox şey deyir…

Bədən dili bizə çox şey deyir…

1025
0
Bədən dili bizə çox şey deyir…

Bədən dili bizə çox şey deyir…Kişilərin çoxu artıq bilir ki, bir qadının adətən özünü pis hiss etdiyi bir vəziyyətlə üzləşdiyi zaman “mən yaxşıyam” deməsi heç də onun həqiqətən “yaxşı” olduğu mənasına gəlmir. Əksinə, bu an böyük ehtimalla qadının özünü çox bərbad hiss etdiyi an olur. Qadınlar bir şey danışar, lakin onların bədən dili tamamilə başqa və əks bir şeyi ifadə edə bilər. Bəylər, üzülməyin-qadınların bədən dilinin bənzər təzahürlərini qaçırmış olmağınız sizin günahınız deyil. Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən bədən dilinə daha həssasdır. Odur ki, növbəti dəfə həyat yoldaşınız, iş yoldaşınız, ananız və ya həyatınızda olan hər hansı qadın sizə “ Sən məni başa düşmürsən!” kimi ifadə ilə narazılığını bildirdikdə, “bu kişilərin genetik düyünüdür”-deyin.

“Təəssüf ki, biz təbiətən belə yaranmışıq”. Bədən dili şəxsin emosional vəziyyətinin xarici təzahürü və yansımasıdır. Bu baxımdan, bədən dilini anlamaq üçün şəxsin sözləri və onun bədən dili arasındakı ziddiyyətləri “tutmaq” vacibdir. Bədən dilini anlamaq üçün əsas 3 qaydanı bilmək gərəkir.

Qayda 1: Jestlər qrup halında diqqətə alınmalıdır.

Bəzən jest adi bir jest kimi təzahür edir. Əgər mən qollarımı bir-birinə çarpaz keçirib durmuşamsa, bunu ona görə edirəm ki, mənə belə rahatdır. Bu, hökmən o mənaya gəlməməlidir ki, mən ünsiyyətə qapalıyam və ya utanıram. Lakin mən qollarımı çarpaz tutmuşamsa, çənəmi bərk sıxmışamsa, duruşumu sərt vəziyyətə gətirmişəmsə və sözlərimi qısa ifadə edirəmsə, çox böyük ehtimalla yaxşı əhvalda deyiləm. İşarələr qrup halında təzahür edir. Bir cümlənin mənasını formalaşdıran sözlər qrupuna diqqət edildiyi kimi işarələrə də qrup halında diqqət yetirilməlidir.

Qayda 2: Jestlərin uyğunluğuna diqqət edilməlidir.

Diqqətlə şəxsin nə dediyinə qulaq asın və onun sözlərini bədən dilinin “dedikləri” ilə uyğunlaşdırmağa çalışın. O, bir şey ifadə etdiyi halda, bədən dilinin işarələri tam fərqli bir şey “deyə” bilər. Bir dəfə Zigmund Freyd öz evliliyi ilə xoşbəxt olduğunu ifadə edən bir qadının qeyri-ixtiyari şəkildə evlilik üzüyünü sürüşdürüb barmağından çıxarmasına diqqət edir. Freyd şüursuz şəkildə müraciət olunan jestlərin təsadüfi olmadığını və onların əhəmiyyətini hələ o zaman anlamışdı. Odur ki, qısa müddət sonra onların ailə problemləri üzə çıxmağa başlayanda heç təəccüblənmədi. Bədən dilini saxtalaşdırmaq demək olar ki, mümkün deyil. Sözlər bizi büruzə vermir, bədən dilimiz isə adətən bunu edir. Belə bir vəziyyətlə çox güman ki, üzləşmisiniz: Bir yaxınınız onu həyəcanlandıran və gərginləşdirən bir iş ərəfəsindədir (işə qəbul üçün müsahibəyə gedəcək, evlilik təklifi edəcək, müdirindən vəzifə və ya maaş artımı istəyəcək və s.). Siz ondan özünü necə hiss etdiyini soruşursunuz və o, özünü çox yaxşı hiss etdiyini deyir. Lakin onun bədən dili sözlərinin əminsizliyindən xəbər verir. O, gözlərini qaçırır; narahatlıq keçirir; tez-tez qapıya baxır (güman ki, onu buna həyatda qalma instinkti məcbur edir və o, mümkün olan bütün potensial qaçış yollarını nəzərdən keçirir). Onun bizə dedikləri ilə bədən dili ifadəsi arasında açıq-aşkar bir tutarsızlıq hiss olunur.

Qayda 3: Jestlər epizodik deyil, bir konteksdə dəyərləndirilməlidir.

Bədən dili bizə çox şey deyir…Sözlər kimi bədən dili də davranış kontekstindən çıxarıla bilər. Barak Obamanın Nelson Mandellanın memorial mərasimi günündə Danimarkanın Baş Naziri Helle Torninqlə çəkilmiş xoşagəlməz fotosunu xatırlayırsınız. Bu şəkildə Mişel Obamanın dodaqları sıxılmış, çənəsi bir az gərilmiş, barmaqları kəskin çarpaz vəziyət almış və sərt oturuş pozasına keçmişdi. Bədənini sağındakı üçlü kompaniyadan uzağa çəkmişdi, sanki bu insanların ona maraqsız olduğunu nümayiş etdirirdi. Amerikanın birinci xanımının yanında baş verənləri xoş qarşılamaması onun bədən dilində öz əksini tapmışdı. Bu onun o anda keçirdiyi hisslər idi. Halbuki, qaynaqlar bildirir ki, bu şəkil çəkilmədən bir neçə dəqiqə əvvəl o, kifayət qədər şən idi və gülümsəyirdi. Buradan öyrənməyimiz gərəkən budur ki, bədən dilinin mahiyyəti ümumi konteksə baxaraq çıxarılmalıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.