Ev Fərdlər

Fərdlər

Fərdlər

Fərdi İnkişaf & Test Mərkəzi geniş spektrdə qiymətləndirmə çözümləri təklif edir. Fərdlər üçün nəzərdə tutulmuş testlərimiz aşağıdakı imkanları təqdim edir:

  1. ​Fərdi qaydada hər bir şəxsə onun fərdi keyfiyyətlərinə, qabiliyyətlərinə, həyati dəyərlərinə, maraqlarına sosyal və psixoloji vəziyyətinə uyğun olan peşə (karyera) istiqamətini təklif edir;
  2. Şəxsin zəka/ intellekt səviyyəsini (IQ) qiymətləndirir;
  3. Şəxsin problem çözmə və yaradıcılıq qabiliyyətini müəyyən edir;
  4. Şəxsin liderlik, satış nümayəndəsi, çağrı mərkəzi operatorluğu, idarəçilik (menecement), müştəri xidmətləri sahəsində tələb olunan bacarıq və fərdi keyfiyyətlərə sahib olub-olmadığını müəyyən edir; 
  5. İş yerində onu motivasiya edən, işə həvəsləndirən amillərin nədən ibarət olduğunu müəyyən edir;
  6. Şəxsin depressiya keçirdiyini və ya depressiv simptomları daşıyıb-daşımadığını müəyyən edir;
  7. Şəxsin idman sahəsində bacarığı, intizam göstəriciləri, idmana olan bağlılığı, əqli–psixoloji sabitliyi və iradəsinə əsasən idman sahəsində uğur qazanma ehtimalını müəyyən edir.