Ev Məhsullar Gələcəyə yönəlik planlaşdırma

Gələcəyə yönəlik planlaşdırma

485
0

İşə qəbulun planlaşdırılması bütün şirkətlər üçün vacibdir. Təqaüd, xəstəlik, analıq məzuniyyəti, hərbi xidmət, təhsil və ya digər səbəblərdən işçilər işdən uzaqlaşır. Bu boşluğu davamlı olaraq doldurmaq hər bir şirkətin əsas vəzifələrindəndir. İncəsənət sahəsi ilə əlaqələndirsək, teatrlaşdırılmış tamaşa kimi şou davam etməlidir. Aktyor heyətindən hər hansı nəfərin yoxluğunda eyni peşəkarlıq səviyyyəsinə malik ehtiyyatdakı aktyor bu işin öhdəsindən gəlməlidir. Bu keçişin rahat olmasi isə rejisorun əvvəlcədən belə hallara hazır olmasından və əvəzedici heyyətin hazırlıqlı hala gətirilməsindən asılı olacaqdır. Testlər gələcəyin planlaşdırılması üçün Sizə aşağıdakı faydaları təmin edir:

Karyera nərdivanında  yüksələ bilən və buna hazır olan işçilərin müəyyən edilməsiBəzi insanlar eyni işləri görməkdən yorulur və yeni vəzifə və işlərin həsrətində olurlar. Bu həm daha böyük məsuliyyət tələb edən yuxarı vəzifə, həm də vəzifə dərəcəsi dəyişmədən paralel fərqli bir sahədəki vəzifə, başqa şöbə, bölmə və ya idarəyə keçiş istəyi kimi ola bilir. Bütün hallarda qiymtələndirmə dəyişikliyə hazır olan kadrların müəyyən edilməsində Sizə kömək edəcəkdir.   

Yeni başlayan işçilərin gələcək mövqelərə hazırlanmasıŞirkətin hər incə detalına bələd olan və təqaüdə hazırlaşan işçi ilə vidalaşmaq hər bir şirkət üçün çətin bir hal kimi qiymətləndirilir. Lakin əvvəlcədən bu vidalaşmanın qaçınılmaz olduğunu bilirsinizsə,  “veteran” işçinizi yeni başlayan potensiallı işçilərin ideal müəllimi və məşqçisi kimi görə bilərsiniz. Qabiliyyət və bacarıqları yeni kadra aşılamaqla “ulduz” işçinin yerini dolduracaq potensialı əvvəlcədən hazırlaya bilərsiniz. Bununla da zaman gəldiyində işlərin icrasını üzərinə ala biləcək kadra sahib olmuş olursunuz.

Təlimlərin keçirilməsi baxımından inkişafı zəruri olan sahələrin müəyyən edilməsiKadrların təlimi işçilərin iş məmnunluğunun artırılması ilə yanaşı qoyulan investisiyalardan qısa və uzun dönəmdə çox ciddi nəticələr əldə olunmasına imkan yaratmaqdadır.

Təlimlərin formal və ya qeyri formal olmasından asılı olmayaraq, testlər inkişafı vacib olan sahələrin müəyyən edilməsində Sizə yardım edəcəkdir. Beləliklə də, məhsuldarlığın yüksəldilməsi məqsədilə hansı sferanın təliminə daha çox diqqət artırmalı olduğunuzu müəyyən etməkdə rahatlıq əldə etmiş olacaqsınız.

Daxildən kadr ehtiyacını qarşılamaq imkanı olmadıqda, kənardan uyğun kadrın tapılmasıRəqabətə davamlılığı gücləndirmək üçün bəzi hallarda şirkət daxili silkəlnməyə və yeni kadrların cəlb olunmasına ehtiyac yaranır. Müvafiq vəzifəyə uyğun və konkret keyfiyyətlərə sahib olan namizədin tapılmasını sürətləndirmək üçün testlərdən istifadə edə bilərsiniz. Beləliklə, də kadr hovuzunda olanlardan mövcud sahəyə ən uyğun namizədin müəyyən edilməsini asanlaşdırmış olacaqsınz.