Ev Məhsullar Həkim və Mütəxəssislər

Həkim və Mütəxəssislər

1399
0

Həkim və MütəxəssislərFərdi İnkişaf & Test Mərkəzi Psixoloqlar, psixoterapevtlər, nevropotoloqlar və təlimçilər üçün qiymətləndirmə çözümləri təqdim edir.

Terapevtlər üçün ən qənaətbəxş nəticə onlara yardım üçün müraciət edənlərin həyat standartlarında müşahidə etdikləri müsbət irəliləyişlərlə əlaqədardır. Həkimlər insanlara özlərini yaxşı hiss etmələri və problemləri həll etmələri üçün məlumatlandırıcı alətlərlə vəziyyət barədə geniş məlumat verirlər. Psixoloji qiymətləndirmə həm dəyərli informasiyanın  əldə olunmasına, həm də müdaxilənin uğurlu olmasına müsbət təsir göstərir.

Mərkəzimiz tərəfindən seçim üzrə psixoloji testlərdən istifadə etmə imkanları təqdim edilir. Bu testlər Amerika Psixologiya Assosiasiyası tərəfindən təsdiqlənmiş və təlim-təhsil sistemlərində tətbiq edilən test standartlarına tam olaraq uyğunlaşdırılmışdır Psixoloji testlərdən istifadə edən terapevt və psixoloqlar aşağıdakı üstünlüklərə sahib olurlar:

Müraciət edənin diaqnozunun müəyyən edilməsi, problemli sahənin aşkar olunması, müraciət edənin peşəkar terminləri anlaması, problemlərin ilkin təzahürləri, onların həyatına ola biləcək mənfi təsirlər haqqında məlumatın əldə olunması;

Müalicədən əvvəl və sonra əldə olunmuş dəyişikliklərin və aparılmış müalicənin səmərəliliyinin müəyyən edilməsi;

Müraciət edənin canlı müayinə zamanı açıqlamaqda çətinlik çəkdiyi və utancaqlıq yaşadığı qorxu və narahatlıqların asanlıqla müəyyən edilməsi.

Testlərin yaratdığı imkanlar:

Nəticələri həm fərdi, həm də qrup halında görmə imkanı;

Sadə tərtib olunmuş və rahat başa düşülən interfeys;

Testlərin nəticələri tamamilə özəldir və real vaxt rejimində işlənilir. Odur ki, qiymətləndirmənin nəticəsini cavablandırma bitdikdən dərhal sonra əldə etmək mümkündür;

Avtomatlaşdırılmış qiymətləndirmə və dərəcələndirmə hazır olaraq təqdim edildiyindən göstəricilərin hesablanması və formullaşdırılması üçün əlavə təlimə ehtiyac da yaranmır. Digər tərəfdən, mexaniki hesablamalarda zaman itkisinə və səhvlərə yol vermə ehtimalı hər zaman mövcuddur. Fərdi İnkişaf & Test Mərkəzinin testlərinin nəticəsi tam olaraq avtomatlaşdırıldığı üçün belə bir ehtimal sıfırlanmış olur.  

Müalicə üçün müraciət edənlərin nəticələrinin müqayisəli dəyərləndirilməsi çoxsaylı normativ statistik nəticələrin birləşdirildiyi məlumat bazasına əsasən həyata keçirilir. Nəticələrin çap olunma imkanının olması müayinənin nəticlərinin xəstənin özünə təqdim olunmasını mümkün edir;

Sistemin arxiv bazası olduğundan istənilən zaman hər hansı xəstəyə aid müəyyən dövr üçün aparılmış testin nəticələrinə baxış imkanı mövcuddur.

Psixoloji sağlamlıq, davranış, fərdi inkişafa yönəlik aşağıdakı psixoloji testi təqdim edirik:

Depressiya Simptomlar Testi: Şəxsin müxtəlif somatik, emosional,  təfəkkür ilə əlqədar simtomlarının olub-olmadığını müəyyən edir;

İstək doğrultusunda hər hansı digər sahəyə yönəlik testlərin tərtib edilməsi də mümkündür.