Ev Yazılar Hekayələr İki qardaş

İki qardaş

799
0
İki qardaş

İki qardaş bir ailə femasında işləyirdi. Biri evli və böyük ailə sahibi, digəri subay idi. Günün axırında əldə olunmuş gəliri bərabər ikiyə bölüb paylaşırdılar. Bir gün subay qardaş özü özünə düşündü: “Bizim gəliri bərabər iki hissəyə bölməmiz ədalətsizlikdir! Mən təkəm və mənim ehtiyacım daha azdır”. O gündən hər gecə öz anbarndan bir buğda kisəsini götürüb əkin sahəsini sakitcə keçərək qardaşının anbarına aparırdı.

Bu arada evli qardaş öz-özünə dedi: “Bizim gəliri bərabər iki hissəyə bölməmiz ədalətsizlikdir! Necə də olsa mənim yaşlaşanda qeydimə qalacaq həyat yoldaşım, uşaqlarım var. Qardşımın isə gələcəkdə arxalanacaq heç kimsəsi yoxdur”. Ona görə də, hər gecə öz anbarından bir kisə bugdanı götürüb qardaşının anbarına aparırdı.

İllər keçdikcə qardaşlar heyrətə gəlirdilər, çünki onların anbarındakı buğda ehtiyatı azalmırdı. Günün birində növbəti gecənin qaranlığında onlar bir birləri ilə toqquşurlar, bu an bir-birilərindən gizlətdikləri sir hər ikisinə aydın olur. Kisələri ataraq bərk qucaqlaşırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.