Ev Məhsullar İnsan Qaynaqları Üzrə Mütəxəssislər

İnsan Qaynaqları Üzrə Mütəxəssislər

1616
0

İnsan Qaynaqları Üzrə Mütəxəssislər  İnsan qaynaqları üzrə menecerin işi heç vaxt bitmir. İş üçün doğru namizədi tapmaqla yanaşı, HR menecerləri, həm də mövcud işçilərin bacarıq və qabiliyyətlərni inkişaf etdirmək, onları yetişdirmək, təkmilləşdirmək, təlimlər keçirmək və işçi dövriyyəsini azaltmaq məqsədilə planlaşdırma aparmalıdır.

 Lakin bu göründüyü qədər də mürəkkəb bir məsələyə çevrilməməlidir. Fərdi İnkişaf & Test Mərkəzi olaraq təqdim etdiyimiz psixoloji qiymətləndirmələrdən istifadə etməklə İnsan qaynaqları üzrə menecerlər  bu ehtiyaclarını böyük ölçüdə qarşılamaq imkanı əldə edirlər.

 

İnsan qaynaqları üzrə nəzərdə tutulmuş testlərimiz ümumi olaraq aşağıdakı imkanları təmin edir:

 

  1. İşə götürmə zamanı namizədlərin müvafiq vəzifə və peşələrə uyğunluğunun müəyyən edilməsi;
  2. Vakant yerlərə doğru namizədin təyin olunması
  3. İşçilərin işə alınma prosedurasında  xərclərin minimuma endirilməsi;
  4. İşə alınma prsedurasının sürətləndirilməsi;
  5. Təlim və treninqlərin keçirilməsinə ehtiyac duyulan sahələrin müəyyən  edilməsi;
  6. İşçi axınının qarşısının alınması;
  7. Stimullaşdırıcı motivasiya amillərinin fərdi qaydada müəyyən edilməsi.

 

Effektivlik sahəsi: Qeyd olunan xidmətlərin effektivliyi aşağıdakı  istiqamətlər üzrə təsnifatlandırılır.

 

İşçilərin işə qəbul  edilməsinədək aparılan qiymətləndirmə;

İşçilərin yeni vəzifələrə uyğunlaşdırılması ;

Karyera yüksəlişi və fərdi inkişaf;

Gələcəyə yönəlik planlaşdırma;

İşçilərin iş yerlərində saxlanması və işçi axınının qarşısının alınması;

İşçilərə dəstək proqramı.