Ev Məhsullar İşçilərə dəstək proqramı

İşçilərə dəstək proqramı

608
0

İşçilərə dəstək proqramları şəxsi həyatlarında yaranmış çətinlikləri idarə etmələri üçün kömək məqsədilə bir çox şirkətlər tərəfindən təklif olunur. Psixoloji dəstək xidmətlərinin tamalayıcısı kimi funksiya daşıyan testlərin məxfiliyi qorunur. Bizim testlər işçilərinizə şəxsi keyfiyyətlərinin xarakterik xüsusiyyətlərini, hadisələrə baxış bucağını müəyyən etməyə, özlərini daha yaxşı  anlamağa kömək edir. Eyni zamanda onlara psixoloji tövsiyyələr təklif etməklə şəxsi həyatındakı problemləri rahat çözmələrinə, iş qabiliyyətini və məhsuldarlığını artırmalarına yardım edir. Psixoloji testlər hər zaman məxfidir və anonim olaraq da cavablandırıla bilir.

İşçilərinizə yüksək peşəkarlıqla tərtib olunmuş Depressiya Qiymətləndirmə testindən istifadə imkanı yaratmaqla onların depressiv vəziyyətləri, depressiv simptomları barədə məlumat əldə etmələrinə kömək etmiş olursunuz. Bu, qeydinə qaldığınızla bağlı işçinizdə təəssürat yaratmaqla yanaşı, ona dəyər verildiyi bi iş mühitində əzmkarlıq və həvəslə işləmək üçün ən güclü motivasiya aləti kimi Sizə və şirkətinizə xidmət etmiş olur.