Ev Yazılar Biznes İşçilər niyə işi tərk edir…

İşçilər niyə işi tərk edir…

4353
0
İşçilər niyə işi tərk edir…

İşçilər niyə işi tərk edir…

Bir firmaya işə qəbul olarkən iş yeri və onun kollektivini ikinci evimiz və ailəmiz kimi görürük, çünki gün ərizndə 8 (bəzi hallarda 10) saatımızı orada keçirəcəyimizi dərk edirik. Bu kollektivdə uzun illər sevgi və anlayışın hakim olacağına ümid edərək işə gedirik. Kimisi həqiqətən ümid etdiyini alır, kimisi isə bir müddət sonra heç də belə olmadığının fərqinə varır. Artıq iş yerini dəyişmək zamanının gəldiyini anlayır. Bu elə bir andır ki, insan şəxsi karyerasının məhv olmaması naminə  “artıq bu işdə dayana bilmirəm” deyib işi tərk edir. Hər kəsin karyerasında belə bir böhranın yarana biləcəyini və iş yerini dəyişməyin zamanınn gəldiyini anlamağa kömək edəcək bir neçə amili təqdim edirik.

İlk əvvəl bildiririk ki, əgər bazar ertəsi cümə gününün tez gəlməsini arzulayır və həftə sonunu gözləyirsinizsə, deməli ilk simptomları daşıyırsınız.

Əmək kifayət qədər qiymətləndirilmir- Elə bir an gəlir ki, işçinin öhdəlikləri, tapşırıqları çoxalır, lakin əmək haqqı artmır. Şirkət inkişaf edir və təbii olaraq mənfəəti artır, lakin bu inkişaf işçinin əmək haqqına heç bir şəkildə təsir etmir.

Əmək haqqına müdaxilələr- Əmək haqqının müntəzəm olaraq gecikdirilməsi, əmək haqqından əsassız tutulmalar, cəza tədbiri kimi kəsilmələr və əmək haqqına təsir edəcək digər tədbirlər.

İşçiyə laqeyd münasibət- İşçinin verdiyi suallara cavab tapmaması, yerinə yetirilməyən vədlərin verilməsi və bu prosesin davamlı olaraq təkrarlanması.

İşçinin iş yerinin etik və mədəni strukturu ilə uyğunlaşa bilməməsi- Bunun nəticəsində işçi və şirkətin etik və mənəvi normaları arasında fərqlilik yaranır ki, bu da öz növbəsində ziddiyətə yol açır. Bu vəziyyətdə işçi artıq şirkətin dəyərlərini bölüşmür. Şirkətin etik və mənəvi dəyərlərini bölüşməyən və qəbul etməyən işçi bir gün onun iş dəyərlərini də qəbul etməyəcəkdir. Bu şəkildə isə çalışmaq imkansız hala gələcəkdir.

Fiziki və emosional tükənmə və ya üzülmə– Bəzi hallarda iş işgəncəyə çevirilir və bu mühitdə fəaliyyət göstərmək, orda olmaq dözülməz hal alır. Yaranmış vəziyyətə hər hansı bir şəkildə təsir etmənin mümkün olmadığını düşünən işçi, işin özünü dəyişmək barədə düşünməyə başlayır.

İş və çalışma şəraiti- Qeyri-müəyyən iş saatları, gec saatlara qədər işdə saxlamalar, yarım qalmış işi evdə bitirmək məcburiyyəti və s. kimi halların oduğu iş mühiti. Əgər işçi özünü işləməyə məcbur edirsə və öz işindən başqa digər işlərlə məşğul olmaq üçün bütün imkanları qiymətləndirirsə, çox yaxında işçinin bu işi tərk etməsi qaçınılmaz olacaqdır.

Öz işi ilə məşğul olmadığını anlamaq- Musiqiçi olması gərəkən şəxs riyaziyyat, hərbçi olması gərəkən şəxs həkim və ya rəssam oması gərəkən şəxs idman sahəsində karyerasını qurursa, o şəxs mütləq iş məmnuniyyətsizliyi ilə üzləşəcək və günün birində bu hal işi tərk etmənin əsas səbəbinə çevriləcəkdir.

Peşəkar durğunluq- İşçi peşəkar və fərdi inkişafı ilə bağlı hər hansı perspektivin olmadığını gördükdə işə olan marağını itirir və gördüyü işlər onun üçün artıq mahiyyət kəsb etmir. İşçinin nə qədər çox çalışmasına baxmayaraq, şirkətin onun əvvələr göstərdiyi nəticələrdən daha yaxşı nəticə göstərə bilməyəcəyi fikrini qəbul etməsi vəziyyəti daha da pisləşdirir. Məsələn, əvvəllər işçinin dəvət olunduğu şirkətdaxili iclaslara daha dəvət olunmaması işçi ilə iş arasındakı ipləri şiddətli şəkildə zəiflədir.

Digər bir hal; əgər işçi iş yerində mümkün olan hər şeyi öyrənibsə və bundan başqa heç bir şey öyrənə və əldə edə bilməyəcəyinə əmindirsə, bu işi tərk etmək üçün yetərli bir səbəbi olduğunu düşünə bilər. İşlərin sadəcə  mexaniki olaraq icra edilməsi işçidə bu işi dəyişmək fikrini getdikcə gücləndirir. Peşəkar durğunluq işçinin öz əməyinin nəticəsinə göstərilən laqeydlik şəklində də təzahür edir. Əgər işçi “mənim gördüyüm iş heç kimə lazım deyil” kimi düşüncəyə qapılırsa, o işçinin işi tərk etməsi artıq an məsələsidir.

İş yerindəki stres, gərginlik və ağır psixoloji mühit- Adətən bu proses işə başladıqdan sonra davam edən uyğunlaşma mərhələsində yaranır. Bəzən isə kollektivin tərkibindəki dəyişiklik nəticəsində psixoloji gərkinlikər yaranır. İşçilər arasındakı ünisyyət əksikliyi və münaqişələr həll olunmadıqda bu gərginlik daha da dərinləşə bilir. Psixoloji gərginliyə tab gətirməyən işçiər belə bir vəziyyətdə adətən çalışa bilmir və çıxış yolunu işi tərk etməkdə görür. İşə qəbul üçün keçirilən müsahibədə namizədin işi seçərkən kollektivə çox böyük əhəmiyyət verdiyini bildirməsi adətən qəribə qarşılanır. Lakin məhz kollektivdəki atmosfer işçinin işi tərk etməsində son damla rolunu oynayır.

İş rejimi şəxsi həyata mane olur- İş həyatı ilə şəxsi həyat arasındakı tarazlığı qoruya bilmək bir çox insan üçün əhəmiyyət daşıyır. Əgər işçi saat 6-da işin bitəcəyindən əmindirsə, ən azından öz şəxsi işlərinə və ailəsinə vaxt ayıra və zamanını planlaşdıra bildiyi üçün rahatlıq əldə edir. Bəzi iş yerlərində isə işçi iş gününün dəqiq bitmə saatını bilmədiyi üçün ümumiyyətlə öz zamanını planlaşdırma imkanına sahib olmur. Nəticədə şəxsi həyatını yaşaya bilməməsi buna səbəb olan işinə “nifrət” hissinin formalaşmasına səbəb olur. Vəziyyət dəyişmirsə, işçi bu işdə yalnız yeni bir işi tapana qədər qalır.

İdarəçilər bilməlidir ki, yuxarıda qeyd olunan amillər şirkət üçün dəyərli bir işçinin itirilməsi iə nəticələnə biər. Odur ki, qeyd olunan tendensiyaların kiçik əlamətləri belə aşkar olunduğu təqdirdə, önləyici tədbirlərin alınması vacibdir. Mütəxəssislər bildirirlər ki, bir çox halda tətbiq edilən pul mükafatı bu zaman çox da effektiv olmur. Pul yalnız işi ilə bütünləşən işçini motivasiya edir, işi tərk etmək fikrini beynində “formalaşdıran” işçinin qərarırını isə yalnız bir qədər uzadır.

İşdən “yorulmuş” işçiyə emosional rahatlıq, məsələn əlavə istirahət günləri, bir qədər sərbəst iş qrafiki, təlim və treninqlərdə iştirak imkanı, yerdəyişmələr, xarici ezamiyyələr, sosial tədbirlər, yaxşı nəticəyə görə kollektiv önündə təqdir edilmə və s. kimi motivasiya üsullarından istifadə etmək məsləhət görülür. Burada diqqət yetirilməsi gərəkən məqam ondan ibarətdir ki, hər bir motivasiya alətinin müxtəlif işçi üzərində effektivliyi də fərqli olduğundan işçilərin individual olaraq motivasiya amillərini müəyyən etmək gərəkir. Bu məsələdə sizə işçilərin motivasiya amillərini qiymətləndirən Karyera Motivasiya Profili kömək edə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.