Ev Məhsullar İşçilərin iş yerlərində saxlanması və işçi axınının qarşısının alınması

İşçilərin iş yerlərində saxlanması və işçi axınının qarşısının alınması

557
0

Qiymətləndirmə təkcə doğri işçinin tapılmasıni deyil, həm də dəyərli işçilərin saxlanmasını da təmin edəcəkdir. Araşdırmalar göstərir ki, üst səviyyəli idarəcilərin 70%-i iş  yerlərini 2 ildən sonra tərk etməyə meylli olurlar. İşə alınma və iş prosesi boyunca işçinin öyrədilməsi çox bahalı və ağır proses olduğundan kadrların iş yerlərində saxlanması işlətmə üçün çox mühüm əhəmiyyət daşıyır.

Testlər işçi axınının qarşısının alınmasını və işçilərinin iş yerlərində saxlanmasını aşağıdakı qaydada təmin etməklə Sizə yardım edir:

İşçinin müvafiq işə uyğun olub olmadığının müəyyənləşdirilməsi. Bu həqiqətdir ki, işçi sevdiyi bir işlə məşğul olursa, bu işin qarşılığında yüksək əmək haqqı almasa belə, bu işi böyük əzmlə, həvəslə  görəcək,  məhsuldarlıq yüksək olacaqdır. İşçinin şəxsi keyfiyyətləri nəzərə alınaraq, uyğun vəzifəyə təyin olunması müəssisədə işçi axının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.

İşçilərin stimullaşdırılması. Müəyyən edilmişdir ki, işçinin iş yerində qalması üçün maaşına bonusların əlavə olunması çox vaxt təsirsiz olur. Öyrənmə imkanı, karyera pilləkənlərində yüksəlmə imkanı, yeni və əlavə öhdəliklər və tapşırıqlar, sərbəstlik, liderliyə doğru inkişaf imkanlarının verilməsi işçilərin daha çox dəyər verdiyi kriteriyalardır. Məhz təklif olunan qiymətləndirmə sistemi işçinin nədən motivasiya olduğunu fərdi qaydada müəyyən etməyə  imkan verir. Hər işçiyə xas olan motivasiya alətini tətbiq etməklə yüksək göstəricilərə nail olmaq mümkündür.

Vəzifələrə mövcud işçilərin təyin olunması. İş yerində mövcud olan işçilərin arasından qiymətləndirilərək yüksək idarəcilik vəzifəsinə uyğun və müvafiq bacarıqlara malik işçilərin seçilərək, o vəzifəyə təyin olunması effektiv metod kimi bilinir. Çünkü, kənardan yeni bir kadrın üst səviyyəli vəzifəyə təyin olunnmasının və öyrədilməsinin maliyyə cəhətdən bahalı, zaman alıcı və mövcüd işçilərə mənfi təsir edici amil olduğu bilinir.  Üst səviyyəli idarəci vəzifələrə mövcüd işçilər arasından təyin olunması maliyyə cəhətdən ən səmərəli metod olmaqla yanaşı, işçilərə çalışqanlıq, əzmkarlıq və motivasiya qazandıran amillərdən hesab olunur. Bu amillər vəzifəyə yeni bir işçini kənardan gətirməkdənsə, mövcüd işçilərdən seçilməsini daha məqsədə uyğun hala gətirir.

Müvafiq vəzifələrdə işçi axını ehtimalının müəyyənləşdirilməsi. Ən uğurlu şirkətlərdə belə, ən aktiv tədbirlərin görülməsinə baxmayaraq işçi axının həddi 5%-dən aşağı enmir. Bunun işçinin iş potensialnının aşağı olması, kifayət qədər hazırlıqlı olmaması və ya işçinin iş dəyişikliyi kimi adəti və ya bu kimi vərdişləri ilə əlaqədar olduğunu qiymətləndirmə sistemindən istifadə etməklə müəyyən etmək mümkündür.