Ev Yazılar Biznes Menecerlər üçün: həmkarlara necə “yox” deməli?

Menecerlər üçün: həmkarlara necə “yox” deməli?

726
0
Menecerlər üçün: həmkarlara necə “yox” deməli?

Əgər həmkarınıza kömək edə bilmirsinizsə, səbəbini izah edin

Bəzən iş yoldaşlarının və ya müdirin xahişini geri çevirmək çətin məsələdir, xüsusən də əgər siz həmin insanın xətrinə dəyməkdən və ya məyus etməkdən narahatsınızsa. Amma “xeyr” cavabı şəxsi münaqişə kimi görünməli deyil. Özünüzü iş yoldaşınızın yerinə qoyun, indi o, tapşırığı yerinə yetirmək üçün zaman ayırmalı və ya onun icrasını öz üzərinə götürəcək başqa bir insan tapmalıdır. Əgər siz nəyə görə “yox” dediyinizin səbəbini açıqlasanız, onda sizin həmkarınız həmin cavabı daha asan qəbul edəcək və etiraz etmək də daha çətin olacaq. Sizin daha öncədən də kifayət qədər çox işiniz ola bilər və ya siz hiss edirsiniz ki, həmin işi lazımı qaydada yerinə yetirə bilmməyəcəksiniz. Səbəb nə olsa belə, dürüst, nəzakətli və bir-başa olun, sözü uzatmayın.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.