Ev Yazılar Biznes Qadın və kişi idarəçilər arasındakı fərqlər…

Qadın və kişi idarəçilər arasındakı fərqlər…

3913
0
Qadın və kişi idarəçilər arasındakı fərqlər…

Qadın və kişi idarəçilər arasındakı fərqlər…İdarəetmə bacarıqları üzərində aparılmış qiymətləndirməyə görə qadın menecerlər həm məhsuldarlıq, həm də şəxsi keyfiyyət aspektindən yüksək nəticələr əldə etmişlər. 

Səlahiyyət verildikdə qadınların 20 idarəetmə keyfiyyəti üzrə kişilərdən üstün  olduğu müəyyən edilmişdir. Hər sahədə olduğu kimi, İdarəetmədə də cinsiyyət müqayisəsi hər zaman aparılır.

Kim daha yaxşı sürücüdür, kim daha yaxşı ünsiyyət qurur, kim daha yaxşı satıcıdır, maliyyə resursunu kim daha yaxşı idarə edir və s.? İndiki sual isə belədir: kim daha yaxşı menecerdir?

Internet üzərindən aparılan sorğulara əsasən idarəetmə məsuliyyətini üzərinə götürməkdə qadınlar kişilər qədər uğurlu deyil. Bir başqa düşüncəyə əsasən qadınlar daha sərt və kəskin idarəetmə üsulundan istifadə edirlər. Lakin bu barədə ümumi təsdiq olunmuş hər hansı yekun bir qənaətə gəlinməmişdir. Adı müəyyən edilməmiş bir mütəxəssis bu məsələyə belə münasibət bildirir: “Mənim ən yaxşı müdirim qadın olub…bununla belə, mənim ən pis müdirim də qadın olub.”

 Idarəetmə Bacarıqları Qiymətləndirmə Testi idarəetmədə kimin daha yaxşı olduğundan daha çox, qadın və kişilərin idarəetmə üslubunu fərqləndirən xüsusiyyət və keyfiyyətləri müəyyən etməyə imkan verir.

Qiymətləndirmə testindən keçmiş 300-dən çox qadın və kişinin nəticəsinin təhlili  zamanı kişilərin idarəetmənin işgüzarlıq aspekti üzrə (İdarəetməyə Həvəs kriteriyası üzrə 100 xal üzərindən 78-ə qarşı 73 xal,  Fürsət və İmkan Axtarışı üzrə 74-ə qarşı 71 xal, Risk Etmək Rahatlığı 65-ə 62 xal) yüksək nəticə əldə etdiyi halda, qadınların inkişaf və əmək münasibətləri, o cümlədən İşə Götürmə (72-yə qarşı 67 xal), İşçiləri Təqdir Etmək (85-ə qarşı 79 xal), Əməyin Qiymətləndirilməsi (77-yə qarşı 72 xal) və Komandanın Formalaşdırılması (76-ya qarşı 72 xal) kimi aspektlərdə daha üstün olduğu təsbit edilmişdir. Bundan əlavə, qadınların həm təşkilatdaxili davranışlarda, həm də bir menecer kimi şəxsi davranışında müəyyən ounmuş etik standartlara daha çox diqqət etdikləri təsbit edilmişdir. İşçilərin səlahiyyətlərinin artırılmasının vacibliyini daha yaxşı mənimsəyən qadınların Səlahiyyət Ötürmə səriştəsi  üzrə də nəticəsi  daha yüksək olmuşdur. Qadın menecerlər empati, anlayış, güclü sosial bacarıqlar baxımından daha çox mötəbərlik və səmimiyyət  nümayiş etdirmişlər.

Mütəxəssislərin fikrinə görə bu məsələyə kimin kimdən daha bacarıqlı olduğu kimi baxılmamalıdır. Ümumiyyətlə, kişilərin və qadınların idarəetmədə özünəməxsus yanaşma tərzləri  və üstün tərəfləri vardır.

 Qadınlar  “tərbiyyələndrici və yetişdirici” menecerlik yanaşma tərzinə  daha çox uğun gəlir, lakin İnsan Qaynaqları sahəsində də xüsusi potensiala sahibdirlər. Bu çox güman ki, onların iti instinktə sahib olmaları ilə əlaqədardır. Onlar işə qəbul etməyi, işə düzəltməyi və işçiləri təkmilləşdirməyi çox yaxşı bacarırlar. İdarəetmə vəzifəsi bir çox sahədə bacarıqları zəruri edir və qiymətləndirmələr onu deməyə əsas verir ki, qadınlar bu işdə kifayət qədər bacarıqlıdır. Lakin nəzərdə saxlanmalıdır ki, fərdi qaydada fərqlər hər zaman mövcuddur.

Məlumat üçün bidiririk ki, işçilərin və ya namizədlərin Idarəetmə Bacarıqlarını qiymətləndirmə sistemimizdən istifadə edərək müəyyən edə bilərsiniz.

Fərdi İnkişaf və Test Mərkəzi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.