Ev Yazılar Hekayələr Sevgi

Sevgi

804
0
Sevgi

Yaponiyalı bir memar evini yenidən təmir etdirirdi. Təmir işləri gedərkən, sökülmüş qapının kənar hissəsinin divara birləşmiş yerində içəridə iki taxta arasında sıxışmış bir kərtənkələ gördü. Biraz daha diqqətlə baxdıqda kərtənkələnin canlı olduğunu fərq etdi. Onu ordan çıxartmağa çalışdıqda ayağından divara ilişdirildiyini gördü. Memar düşündü: ”On il bundan əvvəl bu qapı taxılarkən çöl tərəfdən qapıya mismar vurularkən iki taxtanın boşluğu arasında qalan kərtənkələnin ayağına sancılmışdı. Amma daha heyrətedici o idi ki, bu kiçik bir boşluqda kərtənkələ necə 10 il yaşaya bilmişdi. Memar bütün təmir işlərini buraxır və hadisəni araşdırmaq üçün kərtənkələni izləyir. Ayağı taxtaya sancılmış olduğundan bir yerə də gedə bilməyən kərtənkələ necə sağ qala bilərdi axı? Yeməyə bir şey olmadan 10 il? Bir müddət sonra divar boşluğunda bir hərəkətlənmə hiss olunur. Memar hardan çıxdığını fərq etmədiyi bir kərtənkələnin gəldiyini görür. Gələn kərtənkələ, hərəkətsiz kərtənkələyə ağzında yemək daşıyırdı. Bəlkə, bu kərtənkələ o birinin anasıydı, bəlkə dostu, bəlkə bacısı, bəlkə qardaşı, bəlkə də sevgilisi idi. Kim bilir? Amma bilinən bir şey var ki, 10 il birinin bezmədən, usanmadan digərini həyatda saxlamaq üçün verdiyi fədakarlığın arxasında “sevgi” adlı ən qüdrətli duyğu dayanırdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.