Ev Yazılar Fərdi İnkişaf Uğurlu satış üçün 10 tövsiyyə

Uğurlu satış üçün 10 tövsiyyə

362
0
Uğurlu satış üçün 10 tövsiyyə

Bilirsinizmi ki, həyat ancaq satış üzərində qurulub. Satış texnikası və bacarığı olan hər bir kəs həyatda uğura daha yaxın olur. Biz hər gün satışla qarşılaşırıq – bu sadəcə hərfi mənada qəbul olunan satışa aid deyil. Məsələn biz iş üçün müsahibədə olduqda “özümüzü satmağa” çalışırıq. Şirkət nümayəndəsi isə öz növbəsində şirkəti bizə satmağa çalışır. Hətta biz kiminləsə tanış olduqda belə həmsöhbətimizə ən yaxşı tərəfləri göstərməyə çalışırıq, beləliklə biz yenə də satışla üz-üzə qalırıq.

Ətrafınızda bilikli və savadlı dostlarınızdan ümumiyyətlə iş həyatında uğursuz olanı varmı? Buna səbəblərdən biri də, həmin adamın özünü sata bilməməsi bacarığıdır.

Məhz buna görə də satış texnikasına yiyələnmək çox vacibdir, bu sizə həyatda uğur qazandıracaq əsas amillərdən biridir. Satış texnikasına yiyələnməkdən ilk növbədə mütaliə etməlisiniz. Sonra aldığınız məlumatı həyatda tədbiq edərək satış bacarığınızı inkişaf etdirməlisiniz.

Hər hansı bir məhsul və ya xidmət istehsal edən hər kəs satışları artırmaq və işini böyütmək istəyir. Müasir dövrdə texnologiyanın inkişafı nəticəsində onlayn satışların bazardakı hissəsi artsa da, aşağıdakı tövsiyələr həm əyani, həm də onlayn satışlar üçün keçərlidir.

1. Upsell üsulundan istifadə edin. Bu üsul sizdən artıq bir dəfə məhsul alan şəxsə əlavə məhsul və ya xidmət satmaq deməkdir. Siz özünüz neçə dəfə bir məhsulu alarkən yanında digər bir məhsulun təklif edildiyini və ya endirimlə verildiyini müşahidə etmisiniz? Bu üsul barəsində daha geniş məlumatı “Əbədi müştərilər” kitabından ala bilərsiniz.

2. Müştərilərin tələb etdiyi və ya ehtiyac duyduğu bir məhsul yaradın.Müştərinin nə istədiyini anlamaq üçün müxtəlif yollardan istifadə edə bilərsiniz: sorğu aparmaq, bazarı araşdırmaq və s. Fokuslanmalı olduğunuz əsas məsələ müştərinin tələblərini ən yaxşı formada qarşılamaq olmalıdır. Bunu etmək üçün məhsulun keyfiyyətini artıra və ya onu cəlb edici etmək naminə bəzi dəyişikliklər edə bilərsiniz.

3. Məhsulun qiymətini müəyyənləşdirərkən diqqətli olun. Varlı biri kimi doğulmayan hər insan istər-istəməz məhsullar arasında qiymət müqayisəsi aparır. Buna görə, qiymətləri müəyyənləşdirərkən diqqət yetirməli olduğunuz bəzi məsələlər var. İlk növbədə, bazarı və rəqibinizin fəaliyyətini öyrənin. Bu məlumatları nəzərə alaraq, daha yüksək keyfiyyətli bir məhsul təqdim edib yüksək qiymət qoya və ya nisbətən aşağı keyfiyyətli bir məhsul hazırlayıb, daha ucuz qiymət müəyyənləşdirə bilərsiniz. İkincisi, yüksək qiymət yüksək keyfiyyət düşüncəsi yaradır. Buna görə də, məhsul üçün yüksək qiymət müəyyənləşdirirsinizsə, müştərilərin tələblərini qarşılamağa hazır olun. Üçüncüsü,məhsulunuz müştərinin ödədiyi qiymətə layiq olmalıdır. Dördüncüsü, əgər məhsulunuzun “brend dəyəri” varsa, müştərilər onun üçün daha çox pul ödəməyə hazır olacaqlar.

4. Müştərilər üçün mükafat sistemi yaradın. Davamlı müştəriləriniz üçün xüsusi endirimlər və ya mükafatlar müəyyənləşdirə bilərsiniz. Məsələn, əgər müştəri artıq 1 ildir sizinlə əməkdaşlıq edirsə, ona 2-ci il üçün 30-50% endirim tətbiq edə bilərsiniz. Buraya, hər alışveriş üçün bonus və ya endirimlər tətbiq etmək də daxildir. Bu addımlar sizə daimi müştərilər qazandıracaq. Uğurlu satış və daimi müştərilər əldə etmək ilə maraqlanırsınızsa, sizə “Əbədi müştərilər” kitabını oxumağı tövsiyyə edirik.

5. Reklam əhəmiyyətli bir amildir. Müştəriləri cəlb etmək üçün məhsulunuza ən uyğun reklamı yaratmağa və ən uyğun vasitələrdən istifadə etməyə çalışın. Ən effektiv reklama çatmaq üçün müxtəlif reklam kanallarından və müxtəlif üsullardan istifadə edin.

6. Pulsuz nümunələr paylayın. Bu üsul satışları artırmaq üçün ən geniş yayılmış və effektiv üsullardan biridir. Məsələn, elektron kitab satışı ilə məşğulsunuzsa, bəzi hissələri pulsuz təklif edə bilərsiniz, yaxud da məhsullarınızı yoxlamaq üçün müştərilərə kiçik nümunələr paylaya bilərsiniz. Bu fəaliyyət müştərilərin sizə olan inamını artırmağa xidmət edəcək.

7. Zahiri görünüş vacibdir. Müştərilər adətən hər hansı bir məhsulu alarkən onun xarici görünüşünə diqqət yetirirlər. Qablaşdırmaya professional yanaşma onun satış qabiliyyətini artır. Apple məhsulları buna bariz nümunədir.

8. Məhsul yaradarkən seçdiyiniz ada diqqət yetirin. Asanlıqla tələffüz edilən və yadda qalan adlar seçmək vacibdir. Belə ki, bu adlar müştərinin yaddaşına yazılacaq və o, məhsulunuzla növbəti dəfə qarşılaşdıqda yaxınlıq hiss edəcək.

9. Məhsul çeşidliliyini artırın. Müştərilər bir dəfə sizdən razı qaldıqda, digər məhsullarınızı sınamaq üçün də həvəsli olacaqlar. Məhsul çeşidliliyini artırmaq, eyni zamanda sizin brendinizə yönələn və üstünlük verən müştərilərin miqyasını da artıracaq. Məsələn, əgər telefon istehsal edən bir brendsinizsə, kompüter və kompüter avadanlıqları, səs gücləndiricilər və s. də istehsal etməyə başlaya bilərsiniz.

10. Müştərilərinizi dinləyin. Müştərilərinizin nə istədiklərini müəyyənləşdirin. Onlar sizin məhsulunuzu niyə istifadə etməlidirlər? Məhsulunuzun hansı xüsusiyyəti onlara fayda verir?

Satışları artırmaq istəyirsinizsə, müştərilərinizi dinləyin. Müştərilərinizə qulaq asaraq, onların “dilini” öyrənə bilərsiniz. Bununla da, onların nə istədiklərini öyrənə və tələblərini qarşılaya bilərsiniz.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.