Ev Yazılar Motivasiya Xoşbəxt olmaq bizim öz əlimizdədir

Xoşbəxt olmaq bizim öz əlimizdədir

340
0
Xoşbəxt olmaq bizim öz əlimizdədir
Həyata baxışımız və bu həyatdakı mövqeyimiz həyat stilimizi müəyyən edir.
Hər birimiz öz xoşbəxt həyatını qura bilər, bu həyatda xoşbəxtliyi tapa bilərik.
Çoxumuzun xoşbəxtlik haqqındakı düşüncəsi, əllərini çarpazlayıb oturaraq, nə isə baş verəcəyini və həyatımızı dəyişəcəyi ümidi ilə günü-günə sataraq yaşamaqdan ibarətdir.
Xoşbəxtlik göydən başımıza yağan bir şey deyil. Xoşbəxtliyə nail olmalıyıq. Xoşbəxt olmaq bizim öz əlimizdədir.
Həyatı dolu-dolu yaşamalı, dərk edərək, fərqində olaraq, mənalı ömür sürməliyik.
Xoşbəxtlik uğur səbəbidir. Xoşbəxt olduqda, yaxşı əhval ruhiyyədə daha məhsuldar fəaliyyət göstərir və ətrafa müsbət enerji yayırıq.
Xoşbəxtlik an məsələsidir. Gözəl bir mənzərə və yaxşı insanlarla ünsiyyət insana xoş təsir edər, xoş anlar yaşadar, insanı xoşbəxt edər.
Heç kəsi özündən uca görmə, üstün tutma.
Xəzinəyə sahib deyilsənsə, özünü aciz bilmə. Unutma, əlində olanlarla xoşbəxt olmayanlar, qazandıqları ilə də xoşbəxt olmazlar.
Xoşbəxt olmağı bacarmaq lazımdır.
Unutma, xoşbəxt olmaq sənin öz əlindədir. Eyni zamanda bədbəxt olmaq da.  Hər iki halda da özünə bəraət qazandıracaqsan.
Seçim sənindir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.