Ev Yazılar Hekayələr Yardımlaşma

Yardımlaşma

517
0
Yardımlaşma

Bizim blokda, 5-ci mərtəbədə qoca bir nənə qalır. Yoldaşı 5 il əvvəl ölmüşdü. İki il əvvəl isə qızı öz yoldaşı və 2 körpə uşağı ilə avtomobil qəzasında faciəvi şəkildə həyatdan köçmüşdülər. Bir gün evimə gələlərkən blokun qapısına yapışdırılmış və əl yazması ilə aşağıdakı sözlər yazılmış bir kağız elan gördüm: “20 manat itirmişəm, tapandan xahiş edirəm ki, 76 nömrəli mənzilə qaytarsın, pensiyam çox azdır, çörək almağa pulum yoxdur”. O mənzildə həmin qoca nənə yaşayırdı. Cibimdən 20 manatı çıxarıb 5-ci mərtəbəyə qalxdım. Pulu nənəyə verdikdə o ağladı: “Çox sağ ol. Sən mənə pul gətirən 20-ci adamsan.” Mən təbəssümlə ondan uzalaşıb liftə yanaşdıqda nənə mənə dedi: “Oğlum, qapıdakı elanı çıxardarsan. Onu mən yazmamışam”. Nənə dayanmış və ağlayırdı…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.