Ev Yazılar Hekayələr Yaşatmaq

Yaşatmaq

693
0
Yaşatmaq

Bir adam dəniz sahili boyunca gəzişərkən sahildə təlaş içərisində dənizə bir şeylər atan bir insan görür. Biraz az yaxınlaşdıqdan sonra bu insanın dalğaların sahilə vurub çıxartdığı dəniz ulduzlarını təkrar dənizə atdığını fərq edir.

– ”Nə üçün bu dəniz ulduzlarını dənizə atırsan?” diyə soruşur.

Ulduzları cəldliklə və sürətlə dənizə atmaqda davam edən adam başını qaldırmadan “Yaşamaları üçün” cavabını verdikdə, adam heyrətlə soruşur:

– ”Yaxşı, amma burda minlərlə dəniz ulduzu var. Hamısını ata bilməyəcəksiniz. Sizin bunları dənizə atmağınız nəyi dəyişdirəcək ki?”. Yerdən daha bir dəniz ulduzunu qaldırıb dənizə atan adam:

– “Bax, onun üçün çox şey dəyişdi” cavabını verir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.